F-1.az xatırladır ki, britaniyalı sürücü sabahkı yarışa pouldan başlayacaq.
Lyuis Həmilton: “Bu trasda sürmək çətindir. Qaçış sahəsi yoxdur və texniki trasdır. Valtteri həftəsonu ərzində sürətli idi və son iki dövrəm əla oldu. Son cəhdimdə yarım saniyə sürətli olsam da, sondan ikinci döngədə səhv etdim. Komanda əla iş gördü. Son cəhdimdə külək var idi. Buna görə də aqressiv sürdüm və bolidin arxası bundan təsirləndi”.