L.Həmilton: Son cəhddə nəticəmi yaxşılaşdıra bilmədim

Britaniyalı sürücü bugünkü sıralanma turunu poulun sahibi Şarl Leklerdən xeyli geridə qalaraq beşinci yerdə başa vurub.

F-1.az xatırladır ki, bir ay əvvəl Melburnda komandanın tempi azarkeşləri ümidləndirsə də, Bakı trası komandanın hər iki sürücüsü üçün uğursuz görünür…

Lyuis Həmilton: “Biz əlimizdən gələni etməyə çalışdıq və etdik. Bu trasda ritmi tapmaq və maşındanmaksimumu sıxmaq asan deyil. Təsnifat mərhələsinin ikinci hissəsində problemlər yaşadım – bolidin tempi olsa da, son dövrəni toplaya bilmədim.

Finalda ilk dövrə yaxşı alındı, amma heyif ki, həlledici cəhddə ciddi inkişaf edə bilmədim. Karlos Saynsın Ferrari-sini qabaqlamaq üçün kifayət qədər vaxtım olmadı.

Biz maşının sazlanmalarını dəyişə bilmərik, buna görə də həftəsonunun qalan hissəsində elə bu sürətimiz olacaq. Axşam telemetriyanı öyrənəcəyəm – ümid edirəm ki, bu, sabah bir az sürətlənməyə kömək edəcək.

Təbii ki, komanda və azarkeşlər bu yerləri qazanmaq istəmirdilər. Biz qələbələr üçün çalışırıq, ona görə də bütün komanda maksimum səmərəli işləyir. Beşinci mövqedən start bazar günü üçün yaxşıdır, amma ümid edirəm ki, hələ sabah mübarizə aparacağıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*