F-1.az xatırladır ki, Mercedes komandası Monakoya yeniliklərlə gəlmişdi. Amma trasın quruluşuna görə yenilikləri tam anıamaq mümkün olmamışdı. İndi isə yenilikləri test etmək və anlamaq üçün daha əlverişli Kataloniya trasındadırlar.
Yeddiqat Dünya Çempionu yeniliklərə baxmayaraq, cümə sərbəst yürüşlərini 11-ci yerdə bitirib.
Lyuis Həmilton: “Ümumilikdə yaxşı idi. Əlimizdən gəldiyi qədər mübarizə aparırıq. Bəli, ilk gün çətin idi. Təkər yeyilməsinə görə çox çətinlik çəkdik. Təbii ki, keçən həftəyə nisbətdə fərq var. Amma tamamilə fokuslanmışıq. Məncə, yarış tempimiz pis deyil. Ancaq vahid dövrədə daha yaxşı nəticə qazanmağa çalışmalıyıq.
Son şikanın götürülməsi əla olub. Tras sürətlənib. Əvvəlkinə nisbətdə bunu seçərdim, çünki əyləncəlidir. Oradan keçənləri izləmədim. Buna görə yarışın necə olacağını bilmirəm. Amma qətiliklə nəticəyə təsir edəcək.
Cüməgünkü nəticəmizə baxsaq, onluğa düşmək çətin olacaq. Ümid edirəm ki, bəzi şeyləri dəyişərik. Beşinci yer ilə onuncu yer arasında fərq çox olsa da, hamısı yaxındırlar. Ətrafımızdakıların performansı bizə maraqlıdır. Okona baxansa Alpine-lərin yaxşı getdiyini görürük. Aston Martin Red Bull-dan sonra ikinci yerdədir və bu, təsiredicidir. Asan olmayacaq.
Tempimizin yaxşı olmadığını düşünsək, yağış bizə kömək edə bilər. Düzgün sazlanma tapmaq üçün əlimdən gələni edəcəm, çünki bu sazlanma ilə nəsə etmək mümkünsüzdür”.