F-1.az xatırladır ki, “qırmızılar” Barselonadakı mövsümöncəsi testlərdə güclü olsalar da, Avstraliyada fiaskoya uğramışdılar. Amma Bəhreyndəki cümə sərbəst yürüşlərində Fettel və Lekler böyük fərqlə ilk iki yeri tutublar.
Lyuis Həmilton: “Ferrari əvvəldən sürətli idi. Get-gedə sürətləndilər. Buna görə də vəziyyət Melburndakından fərqlidir. Bolidin balansı ilə bağlı problemlərimiz oldu, amma ikinci sessiyada təkmilləşdik. Hazırda Ferrari sürücüləri öndədirlər. Buna görə də başımızı aşağı salıb işləməliyik. Bütün gecə geribildirimləri təhlil etməliyik. Sıralanma turunda komandalar daha yaxın olacaqlar. Çətin mübarizə olacaq”.