F-1.az xatırladır ki, Sepanq trası 1999-cu ildən bəri Formula1-i qəbul edir. Amma Hermann Tilkenin tikdiyi ilk tam tras statusunu daşıyan Sepanq bu il sonuncu dəfə Formula1 yarışına ev sahibliyi edəcək.
Lyuis Həmilton: “Bu il Sepanqda sonuncu dəfə çıxış edəcəyimizi düşünəndə məyus oluram. Malayziyada mövsümün ən müəmmalı və ən həyəcanverici yarışlarından biri olur. Buna görə də gözəl həftəsonu olur. Çətin şəraitdə keçən yarışlardan biridir. İndi bu yarışı bitirmək məyusedicidir. Yerini doldurmaq çətin olacaq”.