L.Həmilton: “Səhvim hər şeyi həll etdi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sıralanma turunun son sessiyasındakı səhvinə görə poulu əldən verib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ev trasındakı yarışa 2-ci yerdən başlayacaq. Beşqat Dünya Çempionu 5 ildən sonra öz vətənində poulu əldən verib.

Lyuis Həmilton: “Əvvəlcə Valtterini təbrik edirəm. Sıralanma turunda əla iş gördü. Atdığım dövrə bəs eləmədi. Sessiya ərzində çox işlədik. Lakin bəs eləmədi. İkinci sessiyada bolidi anlamaq üçün bir dövrəni fəda etdik. Son sessiyadakı ilk cəhdimdə səhv elədim. Lakin yarış sabahdır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*