L.Həmilton səhv düyməyə toxunub

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ikinci start zamanı əli səhv düyməyə toxunduğu üçün cibə girib.

F-1.az xatırladır ki, britaniyalı sürücü ikinci startda ikinci yerdən başlayırdı. Qırmızı işıqlar söndüksdən sonra Peresi qabaqlayan yeddiqat Dünya Çempionu bolidin idarəetməsinə itirərək, təhlükəsizlik cibinə girdi və yarışı sonuncu yerdə bitirdi.

Lyuis Həmilton: “Düzünü desəm, belə hallar alçaldıcıdır. Bu həftəsonu yenidən yaxşı nəticə qazanmaq üçün çox işlədik. Əlimdən gələni etdik. Restartda deyəsən səhv düyməyə basdım. Belə olan halda, əyləcələriniz qapanır və düz gedirsiniz. Bunu qəbul etmək çox çətindir. Komanda işçilərinə görə məyusam.

Maks da xal qazana bilmədi. Həyat davam edir. Maksın bəxti gətirmədi. Bu gün bəxtsiz olmaq üçün əla gün idi. Olan-oldu, keçən-keçdi. Növbəti yarışa güclü gələcəyik”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*