F-1.az xatırladır ki, Mercedes komandası ABŞ-dakı birinci sərbəst yürüşlərdə ilk iki yeri tutsalar da, ikinci sərbəst yürüşlərdə Həmilton üçüncü olub.
Lyuis Həmilton: “Ümumilkdə yaxşı gün idi, amma çox işləməliyik. Birinci sessiya yaxşı keçdi. Ondan sonra bəzi dəyişikliklər etdik və ikinci sessiyada xoşbəxt deyildik. Yenə də performansımız pis deyildi. Məncə, birinci yerdəkilərə nisbətən performans itirdik ya da onlar təkmilləşdilər.
Yarış sazlanmarı ilə yarış arasında sazlanma tapmaq çətin olacaq. Bu trasda sazlanma tapmaq heç vaxt asan olmayıb, amma cümə günü çoxlu məlumat topladıq. Onları istifadə etməliyik”.