F-1.az xatırladır ki, britaniyalı sürücü Çin Qran Prisinin cümə sərbəst yürüşlərində 4-cü olub və komanda yoldaşı Bottasdan 0.7 saniyə geri qalıb. Beşqat Dünya Çempionu ikinci sessiyada yerində fırlanmaqla yadda qalıb.
Lyuis Həmilton: “Bu gün boliddə çətinlik çəkdim. Valtteri mənə nisbətən daha rahat idi. Buna görə də mən daha çox işləməliyəm. Bu gecə bəzi dəyişikliklər etmək üçün işləyəcəyik. Ümid edirəm ki, sabah güclü olarıq. Bolidin tempi var. Sadəcə doğru sazlanmaları tapmaq lazımdır. Red Bull və Ferrari-yə bu qədər yaxın olmaq gözəldir. Gözlədiyimiz kimi Ferrari düzlüklərdə güclüdür”.