F-1.az xatırladır ki, mövsümün son yarışından əvvəl Rosberqin Həmilton üzərində 12 xallıq üstünlüyü var və almaniyalı sürücü yarışı podiumda bitirəcəyi halda, Dünya Çempionu titulunu qazanacaq.
Lyuis Həmilton: “Braziliya yarışının nəticəsi məni çox sevindirdi. O anı heç vaxt unutmayacam. Son yarışlarda çox güclüyəm və Əbu Dabidə qələbə qazanmaq üçün yaxşı şansım var. Yaxşı bolidim var və özümü çox güclü hiss edirəm. Mənim üçün qüsursuz mövsüm olduğunu deyə bilmərəm. Mövsümün əvvəlindən çoxlu problemlər yaşadım, amma buna baxmayaraq, çempionluq şansımı son yarışa saxladım. Buna görə də nəticədən asılı olmayaraq, özümlə fəxr edəcəm. Bu yarışa da digərlərinə hazırlaşdığım kimi hazırlaşacam. Ümid edirəm ki, qazanaram”.
L.Həmilton: “Şansım çox azdır”
Lyuis Həmilton mövsümün son yarışından əvvəl bildirib ki, onun çempionluq şansı çox azdır, amma buna baxmayaraq təslim olmayacaq.