L.Həmilton: “Sabah qəribə hadisələr olacaq”

Ardıcıl 6-cı poulunu qazanan Lyuis Həmilton bildirib ki, sabahkı yarışda qəribə hadisələr baş verə bilər.

F-1.az xatırladır ki, Həmilton 1:31.678 zaman nəticəsi göstərərək Mixael Şumaxerin Çindəki rekordunu 0.6 saniyə yaxşılaşdırıb.

Lyuis Həmilton: “Həftəsonu çox qəribə keçir. Bugünkü sərbəst yürüşlərdə var qüvvəmizlə işləməli idik, çünki cümə günü heç nə etməmişdik. Bu gün bəlkə də mövsümün ən gərgin sərbəst yürüşlərini keçirdik. Bütün komandalar doğru sazlanmaları tapmaq üçün çoxlu sınaqlar apardı və biz də gözəl iş gördük. Nəticəmiz yaxşı idi və buna görə Ferrari-lərin önündə qala bildik. Bottas da Fettelə cüzi fərqlə uduzaraq 3-cü oldu.

Sıralanma turunun 1-ci sessiyasından etibarən özümü təkmilləşdirdim və sonda gözəl bir dövrə vuraraq poul qazandım. Ferrari sürücüləri və Bottasla müvarizə aparmaqdan həzz alacam. Ümid edirəm ki, hava şəraiti yarışmağımıza əngəl olmaz və həm buradakı, həm də televizordan izləyən fanlar yarışdan həzz alarlar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*