F-1.az xatırladır ki, iki sürücü 2013-2016-cı illərdə komanda yoldaşı olmuş və bu müddət ərzində aralarındakı gərginlik son həddə çatmışdı.
Lyuis Həmilton: “Niko ilə aramızda soyuqluq var. Əgər komanda yoldaşınızla çempionluq uğrunda mübarizə aparırsınızsa, bunların olması labüddür. Onunla son dəfə Yaponiya yarışında görüşdük və bir az söhbət etdik. Təbii ki, aramız əvvəlki kimi deyil və münasibəti düzəltmək üçün güc sərf etmək istəmirəm. Əgər bir gün vaxtımız olsa, oturub danışarıq. Amma inanmıram ki, hər şey əvvəlki kimi olsun. Niko ilə düşmən deyilik, amma hər həftəsonu görüşüb qəhvə içmirik. Bu da normaldır”.