L.Həmilton: “Rosberqi yavaşlatmaq ağıllı hərəkət olmaz”

Lyuis Həmilton mövsümün son yarışı olan Əbu Dabidə Rosberqi yavaşlatmağın asan bir şey olmayacağını düşünür.

F-1.az xatırladır ki, Həmilton son yarışdan əvvəl Rosberqdən 12 xal geri qalır və əgər almaniyalı yarışı podiumda bitirsə, Dünya Çempionu titulunu qazanacaq.

Red Bull komandasının rəhbəri Kristian Horner bildirmişdi ki, Həmilton Rosberqi yavaşladaraq, onu Red Bull sürücüləri ilə mübarizə aparmağa məcbur edə bilər.

Lyuis Həmilton: “Niko son iki mövsümdə burada poul qazanıb və çox sürətli olub. Bura mənim güclü olduğum traslardan olsa da, son iki mövsümdə burada yaxşı nəticə göstərə bilməmişəm. Buna görə də hədəfim yaxşı yarış keçirməkdir.

Yarışdakı taktikalar barədə heç nə deyə bilmərəm. Əvvəlcə bazar günü gəlməlidir. Bu barədə düşünməmişəm. Öndə olsam, mümkün qədər fərqi artırmağa çalışacam. Siz mübarizə apardığınız adamla 18-30 saniyə fərq açsanız, onu məyus edə bilərsiniz. Braziliyadakı yarışda qırmızı bayraqlar olmasa, 30 saniyə fərqlə öndə olardım. Komanda yoldaşını yavaşlatmaqdansa, belə mübarizə aparmaq daha yaxşıdır. Bu cür düşüncələr məntiqli görünsə də, bunu etmək asan deyil. İki uzun DRS zonası var. Bunu etmək ağıllı hərəkər olmaz”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*