F-1.az xatırladır ki, uşaqlıqdan bir-birini yaxşı tanıyan və bir yerdə yarışaraq böyüyən Həmiltonla Rosberq Mercedes komandasının şərəfini qoruduqdan sonra münasibətləri korlanmışdı.
İki sürücü ardıcıl 3 mövsüm çempionluq uğrunda mübarizə aparmış və bunların ikisində Həmilton qalib gəldiyi halda, birində Rosberq zirvəyə yüksəlmişdi. Amma almaniyalı sürücü çempion olduqdan 5 gün sonra gözlənilmədən istefa vermişdi.
Lyuis Həmilton: “Rosberq barədə heç bir şey düşünmürəm. Komanda yoldaşı idik, bir neçə il bir yerdə işlədik və indi o, istefa verib. Ona uğurlar arzu edirəm. Keçən il çempionluğu əldən versəm də, ondan çox yarış qazandım. Həmişəki kimi sona qədər təslim olmadığım üçün özümlə fəxr duyuram. Bu qədər, bəsdir!”