F-1.az xatırladır ki, britaniyalı sürücü Əbu Dabidə cümə gününü birinci yerdə başa vurub.
Lyuis Həmilton: “Cümə günü gözəl idi. Amma bu son sərbəst yürüşlər olduğu üçün sevindim. Elə bilirdim ki, mövsüm bitməyəcək. Jurnalistlər üçün də eyni hal keçərlidir. Cümə günü bolidin balansı üzərində işlədik. Müxtəlif detallar yoxladıq və hər şey yaxşı idi.
Məncə, rəqiblərimizlə fərq elə də böyük deyil. Həftəsonu ərzində yaxın mübarizə olacaq. Red Bull və Ferrari bizə yaxın olacaq. Ferrari ilə fərq gözlədiyimizdən azdır.
Ferrari şənbə günü sürətlənəcək. Görək nə edirik. Çoxlu məlumat əldə etdik və onları təhlil edəcəyik. Bu həftəsonu əlimdən gələni etməyə çalışacam. SuperSoft və UltraSoft təkərlər arasındakı fərq 0.7 saniyə idi. Təkərlərlə problemimiz yoxdur”.