F-1.az xatırladır ki, “qırmızı öküzlər” mövsümöncəsi testlərdə yaxşı təsir bağışlasalar da, ilk iki yarışdakı sıralanma turunda Mercedes və Ferrari-dən geridə qalmışdılar. 2010-2013-cü ilin Dünya Çempionları ilk iki yarışda da problemlər yaşayaraq, qələbə uğrunda mübarizə apara bilməyiblər.
Lyuis Həmilton: “Komandanın yarışlar qazanması üçün potensialı var. Testlərdə ilk yarışlara nisbətən daha sürətli görünürdülər. Amma hazırda Ferrari və Mercedes-lə eyni səviyyədə deyillər. Ferrari qüsursuz idi və biz də elə olmağa çalışırıq”.