L.Həmilton: Red Bull düzlüklərdə sürətli idi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Red Bull düzlüklərdə daha sürətlidir.

F-1.az xatırladır ki, Pol Rikardakı yarışda son dövrəyə qədər qələbə uğrunda mübarizə gedib və Maks Ferstappen sona iki dövrə qalmış əzəli rəqibi Həmiltonu keçərək, növbəti qələbəni aktivinə yazıb.

Lyuis Həmilton: “Maksı təbrik edirəm. Əla işlədi. Düzlüklərdə daha sürətli idilər və cümə günü bizim üçün çətin keçdiyi üçün nəticədən razıyam. Tempimiz yaxşı idi. Düzlüklərdə çox itirdik. Bu problemi təhlil etməli və səbəbi tapmalıyıq. Paketimiz güclüdür. Bu gün o yeri necə itirdik bilmirəm.

Red Bull əla strategiya seçdi. Onsuz da Maks məndən sürətli idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*