F-1.az xatırladır ki, Mercedes və Red Bull komandaları qış testlərində yarış tempində işləmişdilər.
Lyuis Həmilton: “Bu mövsümün həyəcanlı olmasını gözləyirəm. Keçən ilin əvvəlində komandalar arasında fərqlər böyük idi, amma mövsümün sonuna doğru azaldı. Bu il hamı bir-birinə çox yaxın olacaq. Buna görə də ilk yarışdan qızğın mübarizə olacaq.
Red Bull-un ən güclü komanda olmasını gözləyirəm. Məncə, 0.2-0.4 saniyə sürətlənəcəklər. Belə olsa, onlara çatmaq çətin olacaq. Amma uzun düzlükləri olan traslarda geridə qala bilərlər. Sürətli döngələrdə isə çox yaxşı vəziyyətdədirlər. Avstraliya onlar üçün idealdır. Mən komandama güvənirəm. İş tempimiz yaxşıdır və əminəm ki, mövsümə əla başlayacağıq”.