L.Həmilton: Red Bull-a çatmaq asan deyil

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, konseptdə dəyişikliklər etsələr də, Red Bull-a çatmaq çox çətin olacaq.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Monakoya tamamilə yeni maşınla gəlsələr də, sıralanma turunda Lyuis Həmilton 5-ci, Corc Rassell isə 8-ci olub. Lakin yeddiqat Dünya Çempionu 6-cı olmuşdu və o, Leklerin cəriməsindən sonra 5-ci yerə yüksəlib.

Lyuis Həmilton: “Əvvəlcə komanda bu yenilikləri gətirərək əla iş gördü. Xüsusən də bolidin ön tərəfində bunu hiss edə bilirsiniz. İkinci sektorda davamlı olaraq itirirdik. Buna görə də sıralnama turunda boliddə dəyişiklik etdik. Buna görə də son sektorda işimiz çətinləşdi. Mühəndislər əksini düşünsələr də dəyişikliyi mən istədim. Məncə, hər şey qaydasında idi. Vahid dövrə üçün pis olsa da, yarış üçün daha yaxşı olacaq.

Sessiya ərzində təkərləri qızdırmaqda çətinlik çəkdim. Buna görə də son cəhdimdən bir şey çıxarmağa çalışdım. Amma gərgin idim, çünki hər an sarı ya da qırmızı bayraqlar çıxa bilərdi. Lakin bacardıq və buna görə minnətdaram.

Okon birdən-birə ortaya çıxdı və gözəl dövrə vurdu. Sonda ümid edirdim ki, Fernando poul qazansın və onun üçün əla olardı. Amma Red Bull sürətli idi. Aston MArtin demək olar ki, hazırda Red Bull-la eyni tempdədir və bu böyük uğurdur. Astona görə isə çox sevinirəm. Ümid edirəm ki, tezliklə onlarla mübarizə apararıq. Ancaq qonlara çatmaq konsept dəyişmək kimi asan deyil. Keçən il də Aston Martin saydpodları dəyişsə də, sürətlənmədilər. Qış rəzində çox iş olacaq. Bizim görüləsi işimiz çoxdur”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*