L.Həmilton: Real tempimiz yarışda özünü göstərdi

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, bolidin əsl performansı yarışda üzə çıxıb.

F-1.az xatırladır ki, britaniyalı sürücü Macarıstanda 0.003 saniyə fərqlə poul qazanaraq, 34 yarışlıq həsrətə son qoyub.

Mercedes W14 normalda sıralanma turunda zəif, yarışda güclü maşındır. Amma biz Hunqarorinqdə tam tərsini gördük. Həmilton yarışın startında 3 yer itirərək, 4-cülüyə gerilədi və yarışı da elə 4-cü yerdə bitirdi.

Lyuis Həmilton: “Ən sürətli maşına sahib olmadığımız aşkar görünür. Buna görə də Dünya Çempionu və özümüzdən sürətli iki maşını sıralanma turunda geridə qoyduğumuz üçün sevincliyəm.

Reallıq yarışda ortaya çıxdı. Yetərincə sürətli deyilik. Bazar günü yarışdan əvvəl brifinqdə Red Bull-dan ən az yarım saniyə yavaş olacağım deyilmişdi.

Buna görə də Maks rəqibimiz deyildi. Ümid edirdim ki, McLaren-lə mübarizə aparım. Ancaq onlar da sürətli idilər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*