F-1.az xatırladır ki, “gümüşü oxlar” qış testlərində problemlər yaşasalar da, Albert Parkda cümə günü 83 saniyənin altına düşən yeganə kollektiv olublar.
Lyuis Həmilton: “Həftəsonundan əvvəl hər şey müəmmalı idi. Lakin bu gün həzz verdi. Hava əla idi və fanatlar tribunaları doldurmuşdular. Bu gün bolidi sürməkdən həzz aldım. Bolid Barselonadakı kimi işləyirdi. Bu, əladır. Çünki tras fərqlidir. Proqramımızı yerinə yetirdik. Trasda problem yox idi. Bolidi təkmilləşdirmək mümkündür. Pis başlamadıq. Bu gecə hər şeyi yenidən təhlil etməliyik.
Belə görünür ki, vəziyyət dəyişib, amma Ferrari həmişə cümə günü geridə qalır. Xüsusən də ikinci sessiyada zəiflədilər. Builki vəziyyət də keçənilkinə bənzəyir”.