F-1.az xatırladır ki, altıqat Dünya Çempionu Braziliya yarışına üçüncü yerdən başlayacaq.
Lyuis Həmilton: “Üçüncü yerdən razıyam. Maksı isə təbrik edirəm. Əla dövrə vurdu. Sonuncu sərbəst yürüşlərdə gücıü görünürdük. Sıralanma turunda isə zəiflədik. Ya da rəqiblər gücləndilər. Buna baxmayaraq Ferrari-lərin arasına girə bildim. Bu, həmişə çətindir. Deyəsən düzlük sürətində zəifik. Rəqiblərimizə nisbətdə vaxt itiririk. Buna baxmayaraq ən yaxşı dövrəmi vurdum və razı qaldım”.