L.Həmilton: Rassellə münasibətimiz pisləşməyib

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Rassellə münasibəti pisləşməyib.

F-1.az xatırladır ki, Lyuis Həmilton Qətər yarışına Soft təkərlə başlayıb və startda daha yaxşı sürət yığaraq, Corc Rassellin yanına qədər gəlib. Lakin yeddiqat Dünya Çempionu xarici trayektoriyadan hücum edərkən komanda yoldaşı ilə təmas yaşayıb və nəticədə mübarizəni dayandırıb.

Yarışdan sonra danışan Lyuis Həmilton səhvini qəbul edib və bildirib ki, Corc Rassellə arası dəyməyib.

Lyuis Həmilton: “Münasibətimiz pozulmayıb. Aramız çox yaxşıdır və həmişə hər şey haqda söhbət edirik. Burada bəxtimiz gətirmədi.

Yenə də bu barədə danışacağıq və növbəti yarışlar barədə danışacağıq. Bütün komandaya görə məyusam.

Bazadakı bütün işçilərdən üzr istəyirəm. Hamı çox işləyir. Buna görə də belə nəticə çox məyusedicidir.

Müsbət yönlər barədə düşünsək, bolidin tempi həftəsonu ərzində əla idi. Bundan başqa Corc da geridönüş edərək, əla xallar qazandı”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*