F-1.az xatırladır ki, britaniyalı sürücü İstanbul Parkda təmkinli sürərək, qalib gəlib və karyerasının 94-cü yarışını qazanmaqla, 7-ci dəfə Dünya Çempionu titulunu əldə edib.
Lyuis Həmilton: “Şumaxer mənim üçün əlçatmaz görünürdü. Bütün həyatım boyu bunları xəyal edirdim. Mixaeli o vaxtlar izləyirdim. Sürücü olaraq həmişə əlimdən gələni etdim. Yeddiqat çempion olmaq gözəldir. Amma belə komanda ilə işləyirsinizsə, onlara güvənməlisiniz. Bir yerdə çoxlu uğurlar qazanacağıq”.