L.Həmilton qorxub

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Maks Ferstappenlə Sebastyan Fettel qəza edərkən onlara çırpılmaqdan qorxub.

F-1.az xatırladır ki, hollandiyalı sürücü Sebastyan Fetteli keçmək istəyərkən, almaniyalı sürücüyə arxadan təmas edib. Nəticədə yerində fırlanan Fettel yarışı 8-ci yerdə bitirməli olub. Lakin insident zamanı arxadan gələn Həmilton onlara çırpılmaqdan son anda qurtulub.

Lyuis Həmilton: “Onlara çırpılmaqdan qorxdum. Xüsusən də, yarışa qayıtdıqları zaman bu baş verə bilərdi. Yaxşı onları təhlükəsiz keçə bildim. Apeksə gələndə ikisinin də mənə tərəf döndüyünü gördüm. Kiminin etdiyi kimi dar yerdən keçə bilməzdim. Sola getməyə məcbur idim”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*