F-1.az xatırladır ki, britaniyalı sürücü keçən il Ferrari-nin prezidenti Con Elkanla danışıqlar aparsa da, “qırmızılar” əvvəlcə Leklerlə müqaviləni uzatmış və daha sonra Fettelin əvəzinə Karlos Saynsı transfer etmişdilər.
Lyuis Həmilton: “Komandamdan ayrılmaq barədə düşünməmişəm. İnsanlar önlərində olan alternativləri təhlil etməlidirlər. Müsbət və mənfi cəhətləri dəyərləndirməlisiniz.
Ferrari ilə dəyərlərimizin üst-üstə gələcəyini bilmirəm, amma orada yarışmaq qismət deyilmiş. Buna görə narahat deyiləm. Mercedes-də yarışdığım üçün qürurluyam”.