F-1.az xatırladır ki, britaniyalı sürücü uşaq yaşlarından Mercedes-lə işləyib və bütün qələbələrini, çempionluqlarını Mercedes ilə qazanıb. Lakin bəzi söz-söhbətlərə görə beşqat Dünya Çempionu 2021-ci ildə Ferrari-yə gedə bilər.
Lyuis Həmilton: “Qırmızı rəngin mənə yaraşdığını bilirəm, amma bu ssenari çətin ki, reallaşsın. 13 ildir ki, Mercedes-lə işləyirəm. Dəyişiklik etmək həmişə gözəldir, ancaq sədaqət daha vacibdir. Sol qolumdakı döyməni buna görə vurdurmuşam. Ömrümün sonuna qədər yarışmayacam. Gələcəkdə məni nə gözləyir? Başqa bir komandada yarışmaq istəyərəm? Bilmirəm”.