L.Həmilton: “Qırmızı maşınları məyus etmək istəyirəm”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, məqsədi qırmızı maşınları məyus etməkdir.

F-1.az xatırladır ki, Mercedes yeni mövsümdə hələ də qələbə qazana bilməyib. Əvəzində Ferrari iki dəfə poul və qələbə qazanıb.

Lyuis Həmilton: “Gələcək üçün əsas hədəfim böyüməyə davam etmək, mükəmməl olmaq və irəli getməkdir. Bir də komanda ilə münasibətlərimizi daha da yaxşılaşdırmaqdır. Amma komandanı maksimum formada zirvəyə qaldırmaq istəyirəm. Mercedes-i Formula1 tarixinin ən güclü komandası etmək və bu prosesin bir parçası olmaq istəyirəm. Əlimdən gələni edərək rəqibləri qabaqlamaq əsas hədəfimdir. Belə olan halda, qırmızılar çox məyus olacaqlar”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*