L.Həmilton: “Qəzadan sonra performans itirdim”

Meredes AMG komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, ilk döngədə Bottasla insident yaşadıqdan sonra onun bolidi güc itiribdir..

F-1.az xatırladır ki, Valtteri Bottas yarışın ilk döngəsində Lyuis Həmilton ilə təmas yaşayıb. Bu təmasdan sonra Həmilton 8-ci pilləyə geriləyib. Valtteri Bottas isə pitdən keçmək cəzası alıb.

Amma yarışın startındakı geriləməyə baxmayaraq, Həmilton yarışı 3-cü yerdə bitirə bilib.

Lyuis Həmilton: “Bolidim zərər görəndən sonra performansım düşdü və mən Kimi Rəykkönenə çatmaq üçün əlimdən gələni etdim, amma təkərləri də qorumalı idim.

Sözün düzü ilk döngədə nələrin baş verdiyini görə bilmədim, amma bu cür hallar hər yarışda baş verə bilər”.

Qeyd edək ki, Həmilton Avstraliyada da pis start almışdı.

Lyuis Həmilton: “Zəif startlarımızın səbəbi kimi texniki problemləri görmürəm”.

Britaniyalı pilot sonda bildirib ki, bütün problemlərə baxmayaraq, qazandığı xallara görə çox sevinir və hələ də bəzi detalları inkişaf etdirməlidirlər…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*