F-1.az xatırladır ki, britaniyalı sürücü 2018-ci ildə 5-ci dəfə Dünya Çempionu olub. 34 yaşlı sürücü 2014-cü ildən bəri keçirilən 100 yarışda 51 qələbə qazanıb.
Ferrari isə Fettellə son iki ildə çempionluq uğrunda mübarizə aparsa da, sonda ikinciliklə barışmalı olub.
Lyuis Həmilton: “Keçmişdə nə etdiyinizin önəmi yoxdur. Sebastyan gördüyümüz işin çətinliyinin fərqindədir. O bilir ki, qələbələr bəxt hesabına qazanılmır. Keçmişdə 4 dəfə çempion oldu və bu, bəxt hesabına olmamışdı”.