F-1.az xatırladır ki, son 8 ilin Dünya Çempionu olan Mercedes bu mövsüm qələbə üzünə həsrət qalıb. Lyuis Həmilton da karyerasında ilk dəfə bir mövsümüm qələbəsiz bağlamağa çox yaxındır.
Lyuis Həmilton: “Son iki yarışdan maksimumu almağa çalışacam. Komanda da gələnilki bolidə köklənib. Braziliyada qələbəyə yaxın olacağımıza inanmıram. Bolidin necə işləyəcəyini bilmirik. Mövsümün ən asan yarışı olmayacaq. Lakin hava faktoru hər şeyi dəyişə bilər. Burada bir az şansımız olacaq. Son Əbu Dabi yarışı uzun düzlüklərə görə bizə çətindir”.