F-1.az xatırladır ki, britaniyalı sürücü yarışın startında Fettelin gerisinə düşsə də, daha sonra uzun düzlükdə DRS-nin köməkliyi ilə rəqibini keçərək, finişə qədər üstünlüyünü qoruyub.
Lyuis Həmilton: “2012-ci ildən bəri azarkeşlərin sayı artır. Bu idmana maraqları çox yüksəkdir və burada olduğum üçün xoşbəxtəm. Ən çox sevdiyim traslardan biri olub. Son illərdə burada həmişə qalib gəlirəm və buna görə özümü yaxşı hiss edirəm.
Sözün açığı, Sebastyanla fərqi belə tez artıracağımı düşünmürdüm, amma bolidimiz güclüdür və burada Mühəndislər Kubokunu qazandıq. Buna görə də bütün işçilərə təşəkkür edirəm. Onlar olmasa, bacara bilməzdik. Formula1 bolidini sürmək hamınıza maraqlıdır və qətiliklə deyə bilərəm ki, bu əla hissdir. Növbədə 3 yarış var və hələ çempion ola bilməmişəm. Buna görə də qalan yarışlara da var gücümüzlə hazırlaşıb çempion olmaq istəyirik”.