L.Həmilton: Qadın yarışçılar bərabərhüquqlu olmalıdırlar

Britaniyalı sürücü F1-in W seriyası da daxil olmaqla, daha yüksək səviyyəli rəqabətə gənc qadın sürücüləri inkişaf etdirmək və hazırlamaq məqsədi daşıyan yeni seriya - F1 Akademiyasını təqdim etməsi barədə danışıb.

F-1az xəbər verir ki, Həmilton yarışçı qızların gələcəkdə daha yüksək səviyyəyə çata bilmələri üçün onlara daha bərabər imkanların yaradılmasının vacibliyini vurğulayıb.

Lyuis Həmilton: “Mən təfərrüatlara varmamışam, amma başa düşürəm ki, nəsə etmək lazımdır. Əgər araşdırma aparsaz, görərsiz ki, az sayda qadın yarışlarda yüksək səviyyələrə çata bilir. Deməli, kartinqə qayıdıb elə oradan bərabər hüquqlu mühit yaratmaq lazımdır.

Öz təcrübəmdən deyə bilərəm ki, mən kartinqlə məşğul olanda 8 yaşdan 16 yaşa qədər cəmi 2-3 qız var idi. Biz daha inklüziv mühit yaratmalı və bütün yarış seriyalarında bu problemi həll etməliyik. Onda bizim çoxlu istedadlı qadın pilotlarımız olacaq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*