L.Həmilton: “İndiyə qədər daha az problemi olan maşın Rosberqinki idi. Demək olar ki, heç bir problemlə üzləşmədi. Qalan yarışlarda onun maşınında nələrin baş verəcəyini bilmirik. Bunu zaman göstərəcək. Mən diqqətimi öz maşınıma yönəltməliyəm. Ümid edirəm ki, daha problemlərlə üzləşmərəm”.
Həmilton Ostində 56 dövrəlik yarışda qalib gəlsə də, yarışboyu Malayziyadakı problemin təkrarlanacağından qorxub: “Sanki çıxdığım ən uzun yarış idi. Sadəcə başa çatmasını gözləyirdim. Motorun bütün titrəyişini hiss edirdim. Ötürmələr qutusundan da narahat idim. Motordan da həmçinin. Düzlüklərdə qazı döşəməyə qədər basmırdım. Maşının imkanlarının 90%-dən istifadə edirdim. Hər hansı bir səbəbə görə maşınımda problem ola bilərdi və mən bunun qarşısını almaq üçün əlimdən gələni edirdim”.