F-1.az xatırladır ki, britaniyalı sürücünün nahardan sonrakı vəzifəsi həm bolid sazlanmaları barədə, həm də Pirelli-nin yeni təkərləri barədə məlumat toplamaq olub. Britaniyalı sürücü Soft təkərlərlə dayanmadan 20 dövrə vurub. Bu da bolidin təkərlərlə necə davrandığını öyrənmək üçün əla fürsət idi.
Lyuis Həmilton: “Olduqca gözəl gün idi. Problem olmadı. Ümumilikdə görüləcək işlərimiz çoxdur. Komanda üçün əla gün idi.
Formula1 həmişə əyləncəlidir. Bolidlər həmişə təəccübləndirir. Amma bu bolid çox sürətlidir və ondan maksimumu almaq çətindir. Bunu etməyi çox sevirəm. Fanlarımı tribunalarda plakatlarla görmək həzz verdi”.