F-1.az xatırladır ki, britaniyalı sürücü cümə sərbəst yürüşlərini lider Maks Ferstappendən 1.2 saniyə geridə qalaraq, 9-cu yerdə tamamlayıb. Yeddiqat Dünya Çempionu ön əyləclərdə və DRS-də problemlır yaşayıb. Bundan başqa boliddə dalğalanma problemi də var və Mercedes bir nüçə altlıq sınasa da, bu problemi həll edə bilməyib.
Mercedes keçən il də qış testlərində problemlər yaşayırdı, amma bu problemləri mövsüm ərzində həll edə bilmiş və Mühəndislər Kubokunu qazanmışdılar.
Lyuis Həmilton: “Keçənilki problemlərimiz kiçik idi. Bu il isə problemlır çox böyükdür. Əlimizdən gələni etsək də, problemlər həll olunmur. Belə görünür ki, bunları həll etmək vaxt aparacaq”.