F-1.az xatırladır ki, “gümüşü oxlar” mövsümün ilk yarışı Bəhreyndə dalğalanma problemi yaşamış və geridə qalmışdı. Lakin belə görünür ki, problemlər Ciddədə də davam edəcək.
Lyuis Həmilton: “Bizim üçün yaxşı gün idi. Son yarışda yaşadığımız problemlər hələ də davam edir. Onların üzərində işləyirik. Yüksək sürətli döngələrə görə burada işlərimiz daha da çətindir. Lakin asfaltla ilişmə daha yaxşıdır. Düzlüklərdə sürəti artırmalıyıq”.