F-1.az xatırladır ki, Həmiltonun canı bu il problemlərdən qurtarmır. Bugünkü sıralanma turu da britaniyalı sürücü üçün problemli keçdi. Həmilton sonuncu seansın əvvəlində yanacaq təzyiqi problemi yaşayıb və pitdən çıxmamış boksa geri qaytarılıb.
Seansın son dəqiqələrində trasa çıxan Həmilton 3-cü yeri tuta bildi.
Lyuis Həmilton: “Sıralanma çətin keçdi. Hazırda nə deyəcəyimi bilmirəm. Burada yaxşı olan tək şey bir dövrə atmağımdır və buna görə də mühərrik problemi ilə üzləşdiyimiz yarışlara nisbətən 3-cü yeri tutduğum üçün məmnun və minnətdaram.
Sözün açığı, poulu qazana bilərdik, ancaq bugünkü nəticədən sonra əlimdən gələni edəcəm.
Mühərrikdəki problemin nə olduğunu bilmirəm. Əlimdən gələni edəcəm, amma burada keçid etmək çətindir. Buna görə də, ümid edirəm ki, yağış yağar”.