L.Həmilton: “Poul aldığım sessiya ən pis sessiya idi”

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, Meksika QP həftəsonunda ən pis sessiya poul qazandığı sessiya olub.

F-1.az xatırladır ki, Həmilton Rosberqi 0.2 saniyə qabaqlayaraq, poul qazansa da, sevincli görünmürdü. Britaniyalı ona poul qazandıran zaman nəticəsini son sessiyadakı ilk cəhdində əldə etmişdi və ikinci cəhdində nəticəsini yaxşılaşdıra bilməmişdi.

Lyuis Həmilton: “Yarış tempində güclü idik və sərbəst yürüşlərdə hər şey yaxşı idi. Buna görə də son sessiya bütün həftəsonunun ən pisi idi. Həmişə dediyim kimi, bu cür hallarda mükəmməl bir dövrə vurmaq çox vacibdir. Yarış üçün doğru strategiyamız var və bolidimiz yarış tempində güclüdür”.

Mercedes sürücüləri yarışa Soft təkəklərlə başlayacaqlar. Ancaq onların arxasında olan Red Bull sürücüləri yarışa SuperSoft təkərlərlə başlayacaqlar.

Lyuis Həmilton: “Performansımız çox yaxşı idi və buna görə də son sessiyaya Soft təkərlərlə keçməyin mümkün olduğuna inandıq. Yarış tempində də Soft təkərlərlə məşq etmişdik. SuperSoft təkərlər qeyri-stabil idi”.

Niko Rosberq: “SuperSoft təkərlər start üçün yaxşı olsa da, tez yeyilirlər. Buna görə də, strategiya cəhətdən yaxşı olmayacaq”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*