F-1.az xatırladır ki, britaniyalı sürücü ilk iki sektorda komanda yoldaşı Rosberqə məğlub olsa da, mükəəmməl son sektor nəticəsi ilə poul qazanıb.
Xatırladaq ki, bu, 31 yaşlı sürücünün karyerasındakı 60-cı, mövsümdə 11-ci, İnterlaqosdakı ikinci poulu olub.
Lyuis Həmilton: “Cümə günündən etibarən özümü boliddə yaxşı hiss edirdim. Niko hər sessiyada fərqi bir az daha bağladı, amma nəticədə sabahkı yarışa pouldan başlayacam və çox sevincliyəm,
Komanda olaraq gördüklərimiz işlərə baxanda, uğurlu olduğumuzu anlayıram. Bir mövsüm ərzində bu qədər poul qazanmaq asan deyil. Braziliyada daha əvvəl uğurlu yarışlar keçirdiyimi deyə bilmərəm. Burada ikinci poulumdur və sabah qalib gəlmək üçün əlimdən gələni edəcəm”.