L.Həmilton: Podiumu əldən verdik

Mercedes komandasının sürücüsü Lyuis Həmilton bildirib ki, sprint yarışında podiumu əldən veriblər.

F-1.az xatırladır ki, britaniyalı sürücü 24 dövrəlik sprint yarışına 18-ci yerdən başlayıb və finişə 10-cu yerdə çatıb. O, sıralanma turunda Ferstappenlə insident yaşamış və dövrəsi silinmişdi. Buna görə sıralanma turunun ilk sessiyasında uduzmuşdu. Belə olan halda yeddiqat Dünya Çempionu yarışda da özünü göstərə bilməyərək, xalsız qalıb.

Lyuis Həmilton: “Bilmirəm. Deyəsən səhər sürtəli idim. Sprint yarışında rahatlıqla beşliyə düşə bilərdim. Hazırkı tempimizlə podiuma yaxın ya da podiumda olmaq mümkün idi. Yekunda istədiyimiz yerdə deyilik və buna görə də yarışda sadəcə əylənməyə çalışdıq. Böyük ehtimalla bir neçə xal itirdik, amma sprint yarışı elə də vacib deyil. Çox şey öyrəndik. Ümid edirəm ki, bunları əsas yarışa əks etdirə bilərik”.

Lyuis Həmilton bugünkü əsas yarışa beşinci yerdən başlayacaq: “Bu gün sürtəli olan Ferrari sürücülərinin və ön liqasında yarışa Red Bull-un düz arxasında olacağam. Əgər Ferrari-ləri önə buraxmasam, əla olacaq. Görək nə olur”.

Qeyd edək ki, yeddiqat Dünya Çempionu son iki yarışda podiuma yüksəlib. Bəs britaniyalı sürücü uğurlu seriyasını Avstriyada davam etdirə biləcək?

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*