F-1.az xatırladır ki, britaniyalı sürücü pit-stop vaxrı Medium təkərklərə keçib və bu tərkiblər yaxşı işləmədiyi üçün yarışın sonuna qədər Hard təkərlə yarışan Maks Ferstappenin təzyiqini hiss edib.
Lyuis Həmilton: “Mənimçün çətin yarış idi. Amma Nikinin ruhuna görə mübarizə apardım. O, komandanın yüksəlişi üçün çox iş görmüşdü. Buna görə də ona minnətdaram. Onu qürurlandırmağa çalışırdın. Lauda üçün darıxırıq.
McLaren-in 2007-ci ildə Çində məni yarı yolda qoymasından sonra yeyilmiş təkərlərlə yarışmamışdım. Hər şey əla idi. Hava da yaxşı idi və fanatlar bizi dəstəkləyirdi.
Yeni təkərlər götürmək üçün pit-stop etməyəcəkdim. Bir neçə il əvvəl lider olduğum halda bunu edib, mübarizəni dayandırmışdım. Ya qəza edəcəkdim ya da finişə çatacaqdım. Demək olar ki, təkərsiz sürürdüm. Bolidin ön tərəfi sürüşürdü. Səhv təkər seçmişdik, ancaq komanda əla işlədi. İlk 6 yarışda heyrətamiz nəticələr qazandıq. Ferstappenlə çox yaxın idik. Gec hücum etdi. Amma son anda onu gördüm. Lakin çox yaxın deyildik. Yumşaq təmas olsa da, qorxdum. Çünki təkərlərim təmiz yeyilmişdi”.A