L.Həmilton: Pitə gəlməməli idim

Mercedes komandasının sürücüsü Lyuis Həmiltin bildirib ki, yarışı pit-stopsuz bitirməli idi.

F-1.az xatırladır ki, britaniyalı sürücü yarışa 11-ci yerdən başlayıb və pit-stopa 50-ci dövrədə gələrək, təkərlərini dəyişib. Buna görə də 5-ci yerlə razılaşmalı olub.

Lyuis Həmilton: “Elə bilirdim ki, pitə gəlsəm, bir yer itirəcəm. Arxamdakılar məndən 15 saniyə geri qalrdılar, amma pit-stop 24 saniyə çəkir. Okon yarışı pit-stopsuz tamamladı. Mən də belə bitirə bilərdim. Sona 8 dövrə qalmış pitə gəlmək böyük səhv idi.

Təkərlər təmiz yeyilmişdi. Belə halda nə qədər gedəcəyimi bilmirdim. Belə olna halda təkər ömrünə görə narahat olurduq. Ancaq tempim yox idi və asfaltla ilişmə zəif olduğu üçün çətinlik çəkirdim. Niyə belə oldu bilmirəm. Arxamdakılar mənə çatırdılar.

Pitə ya tez getməli idim ya da sona qədər trasda qalmalı idim. Təkərlər gec qızdığı üçün sonlarda bolid sürüşürdü və az qala 2 yer də itirəcəkdim. Məyusam. 11-ci yerdən başlayıb yaxşı nəticə əldə edə bilərdim. Ancaq beşinci yerdən pis nəticə də ola bilərdi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*