L.Həmilton: “Pis start öz səhvim idi”

Britaniyalı sürücü startda ləngiyərək çox yer itirməsinin heç bir texniki problemlə bağlı olmadığını bildirib.

F-1.az xatırladır ki, Suzukada startda çox ləngiyən Lyuis 8-ci yerə qədər geriləyib, yarışboyu rəqiblərini keçmək üçün mübarizə aparan britaniyalı 3-cü yerə qədər yüksələ bilib…

Lyuis Həmilton: “Startın pis alınmasının trasın həmin yerinin bir qədər yaş olması ilə əlaqəli olduğunu düşünmürəm. Sadəcə özüm bir səhv etdim. Sonra düzgün həmləni etmək çox çətin oldu, amma əlimdən gələnin ən yaxşısnı etdim. O anda yarışı neçənci yerdə bitirə biləcəyimi düşünmürdüm – xatırlamıram. Sadəcə irəliləmək barədə düşünürdüm. Ümumi yarışa baxsaq, bolid əla idi. Sonda sərt mübarizəyə girişdim, amma nəticə əldə edə bilmədim”.

Maks Ferstappenin həmləsi barədə isə Həmilton danışmaq istəməyib: “Artıq bunun heç bir əhəmiyyəti yoxdur. Yarışda geriyə düşdüm və sonra da irəlilədim…”

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*