L.Həmilton özünü lider kimi hiss etmir

Almaniya yarışındakı qələbədən sonra Rosberq ilə olan fərqi 19 xala çıxaran Həmilton bildirib ki, o özünü lider kimi hiss etmir.

F-1.az xatırladır ki, Həmilton Hokenhaymda asanlıqla qalib gəldi. Rosberq isə yarışı 4-cü yerdə bitirdi və sürücülər çempionatında ağır yara aldı.

Lyuis Həmilton: “Liderliyə yaxın olduğumu hiss edirəm. Növbəti yarışlarda çəkməli olduğum cəzalar var. Hazırda istifadə etdiyim mühərrik mükəmməl idi. Məni yarı yolda qoymadı və buna görə də xoşbəxtəm. Cəzanı kompensə edə biləcəyim traslarda çəkmək istəyərəm. Yarışda mühərriyi qorumağa çalışdım. Red Bull-lar buna görə mənə yaxın idilər.

Yarışı nəzarətdə saxlamağa çalışırdım. Fərqi bir ara 11 saniyəyə çıxarsam da, fərq qıza müddət ərzində 7 saniyə oldu. Yenidən qaza basdım. Hər şey istədiyim kimi gedirdi. SPA-da cəzamı çəkə bilərəm. Hokenhaymda mühərriyimi yaxşı qorudum. Ümid edirə ki, sonrakı yarışda problem olmaz. Amma mühərryin ömrü bitəcək. Baxaq görək bu harda baş verəcək”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*