F-1.az xatırladır ki, Lyuis Həmilton Formula1-də 11 mövsüm keçirib və 4 dəfə Dünya Çempionu olub. Lakin 3 çempionluq son 4 mövsümdə əldə edilib.
Lyuis Həmilton: “Hazırda daha 4 dəfə çempion olmaq real görünmür. 4 dəfə çempion olmaq üçün 11 ilim getdi. Yeddiqat çempion olmaq istəyim yoxdur. Fanxioya çatmaq gözəl olar. Bir neçə il də buradayam və hədəfim ona çatmaq olacaq. Çempionluq sayı mənim əsl gücümü və şəxsiyyətimi göstərməyəcək. Məni tanıdan iş rejimim, bolidə hər minəndə ondan maksimumu çıxarmağım və hiss etdiklərimdir”.