F-1.az xatırladır ki, Həmilton hazırda Bottasdan 64 xal qabaqdadır və britaniyalı sürücü Meksikada komanda yoldaşından 11 xal çox yığsa, çempionluğunu elan edəcək. Qeyd edək ki, 34 yaşlı pilot 2017 və 2018-ci illərdə çempionluğu Meksikada qazanıb.
Lyuis Həmilton: “Tələsmək istəmirəm. Meksika bolidin işləməyinə görə bizim üçün ən əlverişsiz trasdır. Çətin olacaq. Burada çempion olsaq da, çətin yarışlar keçirmişik. Meksikada çempion olacağıma inanmıram. Hələ qabaqda çox yarış var”.