L.Həmilton: Özümü yaxşı hiss edirəm

Mercedes komandasının sürücüsü Lyuis həmilton bildirib ki, yeniliklərdən sonra özünü maşında yaxşı hiss edir.

F-1.az xatırladır ki, “gümüşü oxlar” Monakoya tamamilə yeni paketlə gəlib və cümə günü birinci sərbəst yürüşlərində 2-ci, ikinici sərbəst yürüşlərdə 6-cı yerdə olub.

Lyuis Həmilton: “Ümumilikdə yaxşı gün idi. Bu gün sürməkdən həzz aldım. Bazadakı hər kəsə təşəkkür edirəm, çünki bir maşını düzəltmək və təkmilləşdirmək asan deyil. Bu gün burada olmağımız üçün onlar əllərindən gələnin ən yaxşısını etdilər və çox vaxt xərclədilər. Onlar üçün bu gün problemsiz sürmək çox gözəl idi.

Sözün düzü, məyus oldum, çünki sonda istədiyimiz qədər yaxın deyildik, amma inkişaf etmişik. Bolidimzidən daha yaxşı performans almaq üçün işləməyə davam etməliyik.

Harada inkişaf etdiyimizi deməyəcəm, amma bir nğqtədə inkişaf var. Bundan başqa mənim üçün harada zəif olduğumuz məlumdur. Buna görə də toplantıda bu barədə danışacağıq. Əl-ələ verib, vəziyyəti necə düəldəcəyimizi müzakirə edəcəyik. Ümid edirəm ki, bu yeniliklər bizi irəliyə aparar.

Əslində birinci sessiyada çox güclü olduğumuzu düşündüm, amma nədənsə birinci sessiyada həmişə güclü görünürük. İkinci sessiyada 0.5 saniyəyə yaxın uduzurduq. Bu fərq 0.3 saniyə ola bilərdi. Lakin bu 0.5 saniyəlik fərqi bağlamağın asan olmayacağını düşünürəm. Görək nə olur. bolidin üzərində işləyib daha yaxşı nəticə almağa çalışacağıq”.

Qeyd edək ki, Yeddiqat Dünya Çempionu Monakoda daha əvvəl 3 yarış qazanıb.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*