F-1.az xatırladır ki, britaniyalı son yarışa 12 xal geridə gəlmiş və Rosberqin Əbu Dabidə yarışı ikinci yerdə bitirməsi ilə karyerasının 4-cü Dünya Çempionluğunu qazana bilməmişdi.
Lyuis Həmilton: “Sözün açığı, özümü yaxşı hiss edirəm. Buraya gəlib məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Ailəmə, dostlarıma və məni televiziya qarşısında dəstəkləyən fanlarıma da təşəkkür edirəm. Bu cür böyük komandanın bir hissəsi olmaq gözəl hissdir. Mercedes-ə təzə gələndə bu qədər uğur qazanacağımızı düşünmürdüm. 32 yarışda qalib gəlmişəm və bu mənim üçün çox vacibdir. Komanda mükəmməl iş görərək, bizə bu cür bolid verib. Bundan başqa Nikonu da təbrik edirəm. Doğrudan da, il ərzində əla perfoemans göstərdi və çempionluğa layiq idi.
Son 4 yarışda əlimdən gələni etsəm də, bəs etmədi. Hər il çempion olmaq mümkün deyil. Mən də bunu qəbul edib, gələn ilə hazırlaşmaq istəyirəm”.