F-1.az xatırladır ki, Lyuis Həmilton ilk iki sektorda rəqiblərindən geri qalsa da, sonuncu sektordakı mükəmməl performansı ilə poulu qazanıb.
Lyuis Həmilton: “Qətiliklə deyə bilərəm ki, komanda bu gün əla iş gördü. Rusiyadan sonra buraya motivasiya ilə gəlmişdim və yeniliklərin hesabına əla iş gördük. Sıralanma turunun son sessiyasındakı ilk cəhdim əla idi. Xüsusən də, son sektorda digərlərindən çox güclü idim və bunun hesabına poul qazandıq. Məni dəstəkləyənlərə və komandama təşəkkür edirəm. Buradakı fanları çox sevirəm. Hər il bizi böyük səs-küylə dəstəkləyirlər və onların bu dəstəyini hiss edə bilirəm. Ümid edirəm ki, sabah da problemsiz keçər və komanda olaraq ilk iki yeri tutarıq”.